Azərbaycanla Aİ arasında yeni saziş bu il imzalana bilər

Azərbaycanla Aİ arasında yeni saziş bu il imzalana bilər
  13 Yanvar 2018    Oxunub:1583
"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar yaxşı gedir".
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlmasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib.

Aİ rəsmisi vurğulayıb ki, sazişin bu il imzalanması üçün işlər aparılır: "Bu il sazişin imzalanması üçün çalışacağıq. Sazişin imzalanması ilə bağlı heç bir problem yoxdur. Müəyyən çətinliklər var. Onlardan biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıdır. Bu da sazişin imzalanmasına bir qədər problem yaradır. Amma bu istiqamətdə işlər aktiv, dinamik formada davam edir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti