Avropa İttifaqından Cümhuriyyətin 100 illiyinə dəstək

Avropa İttifaqından Cümhuriyyətin 100 illiyinə dəstək
  13 Yanvar 2018    Oxunub:1152
"Azərbaycanla Avopa İttifaqı arasında əlaqələr dinamik şəkildə inkişaf edir. 2018-ci ildə də eyni sürətlə davam etməyi, bu dinamikanı saxlamağı düşünürük"
AzVision.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ketsutis Yankauskas bildirib.

Diplomat bu il Azərbaycanda Cüumhuriyyətin 100 illiyinin qeyd olunacağını deyərək, Aİ-nin buna dəstək olacağını diqqətə çatdırıb.

"Aİ və Azərbaycan arasında yeni razılaşmaların, yeni layihələrin olacağını düşünürük. Azərbaycanda bu il Cümhuriyyətin elan olunmasının 100 illiyi qeyd olunur və biz buna dəstək olacağıq. Bundan əlavə ikinci imagine festivalı keçiriləcək. Ümid edirəm ki, 2018-ci il dinamik və məhsuldar olacaq, əlaqələrimiz daha yüksək səviyyəyə qalxacaq", - deyə Yankauskas bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti