Naxçıvanda işsizlərin sayı azalıb

Naxçıvanda işsizlərin sayı azalıb
  13 Yanvar 2018    Oxunub:1163
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması daim diqqətdə saxlanılan sahələrdən biri olub. 2017-ci ildə 707 milyon 411 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda bildirilib.

Qeyd olunub ki, Naxçıvan şəhərində qeyri-məşğul əhalinin məşğulluğuna nail olunması üçün 2017-ci ildə bir sıra işlər görülüb. Belə ki, əvvəlki ildə işsiz kimi qeydə alınmış 767 nəfərdən 613 nəfəri işlə təmin edilib. 47 nəfər ictimai işə cəlb edilib, 7 nəfər kvota (norma) yerlərinə göndərilib, 141 nəfər peşə hazırlığı kursları keçib ki, bunlardan da 70 nəfəri işlə təmin olunub.

AzVision.az


Teqlər: Naxçıvan   Şəhər   İcra  





Xəbər lenti