Bakıda terror törədiləcəyi haqda məlumat yalan çıxdı
Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verib. Bildirilib ki, FHN-ə daxil olan məlumat DİN-in “102” Xidmətinə ötürülüb.
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.
AzVision.az
Teqlər: