Ağ ev: Tramp siqaret çəkmir, səhhəti əladır

Ağ ev: Tramp siqaret çəkmir, səhhəti əladır
  13 Yanvar 2018    Oxunub:2884
Ağ evin həkimi Ronni Cekson prezident Donald Trampın səhhəti ilə bağlı açıqlama verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Cekson Trampın səhhətinin əla olduğunu bəyan edib.

“Prezidentin müayinəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin Uolter Rid adına Milli Tibb Mərkəzində keçirilib. Prezidentin səhhəti əladır”, - Cekson deyib.

Qeyd edilib ki, Tramp spirtli içki içmir və siqaret çəkmir. O, daha çox qolf oynamağı xoşlayır.

AzVision.az


Teqlər: ABŞ   Tramp   Prezident  





Xəbər lenti