İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
  15 Yanvar 2018    Oxunub:1886
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda Prezident İlham Əliyev İrana məxsus tankerin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Dövlətimizin başçısı baş vermiş bu faciə ilə əlaqədar İran Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Həsən-Ruhani  





Xəbər lenti