Ötən il 1028 cinayətkar qrup zərərsizləşdirilib

Ötən il 1028 cinayətkar qrup zərərsizləşdirilib
  15 Yanvar 2018    Oxunub:1192
Ötən il İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 39 şəxsin yeri müəyyən olunub.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, bütövlükdə, axtarış işinin göstəricisi 71,4 faiz təşkil edib. Daxili işlər naziri qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qanunsuz dövriyyədən 944,5 kiloqram narkotik vasitə çıxarılıb, 78 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq, kultivasiya edilən və yabanı halda bitən 175 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

AzVision.az


Teqlər: Nazir   Hesabat   DİN  





Xəbər lenti