Bakıda soyğunçuluq edən 3 nəfər tutuldu

Bakıda soyğunçuluq edən 3 nəfər tutuldu
  15 Yanvar 2018    Oxunub:1096
Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını açıq talama yolu ilə alıblar.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Pərviz Quliyev və Elməddin Quliyev saxlanılıblar.

Bundan başqa yanvarın 13-də Səbail rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Svetlana Kolodinaya zor tətbiq edib içərisində pul və sənəd olan pulqabısını alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Hacıyev saxlanılıb. Tutulan şəxslər ətrafında araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti