Komitə sədrinin qəbul günü dəyişdirilib

  15 Yanvar 2018    Oxunub : 536
Komitə sədrinin qəbul günü dəyişdirilib
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu ilə bağlı Şirvan şəhərində yanvarın 23-də nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,vətəndaşların qəbulu yanvar ayının 30-da keçiriləcək.

Qəbul Şirvan şəhər Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi,8) saat 11:00-da baş tutacaqdır. Qəbulda Salyan, Şirvan, Neftçala, BiləsuvarHacıqabul rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

AzVision.az

Teqlər: Mübariz-Qurbanlı