Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb
  15 Yanvar 2018    Oxunub:1152
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan Muxtar Respublikası çaylarında isə 220 faizini təşkil edir.
Departamentdən AzVision.az-a bildirilib ki, yanvarın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 218 kubmetr olmaqla ongünlük normanın 136 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 132 kubmetr təşkil etməklə ongünlük normanın 83 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 47 kubmetr təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Yanvarın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyan və Bankə məntəqələrində 4 santimetr azalma, lakin Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 (2017-ci il yanvarın 15-də 447 sm), Şirvanda 247 (2017-ci il yanvarın 15-də 351 sm), Salyanda 199 (2017-ci il yanvarın 15-də 297 sm), Bankədə 211 (2017-ci il yanvarın 15-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 santimetr (2017-ci il yanvarın 15-də 173 sm) təşkil edir.

AzVision.az


Teqlər: su   çay   ETSN  





Xəbər lenti