XİN Lavrovun Qarabağla bağlı açıqlamasını alqışladı

XİN Lavrovun Qarabağla bağlı açıqlamasını alqışladı
  16 Yanvar 2018    Oxunub:3548
Azərbaycan XİN Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib.
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, Azərbaycan tərəfi Rusiya Federasiyası xarici işlər naziri cənab Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.

Qeyd edək ki, Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin həllindən söz açıb. Nazir bildirib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycandan və Ermənistandan müəyyən pozitiv impulslar daxil olacağını gözləyir: "Sevindirici haldır ki, ötən il prezidentlər və nazirlər görüşüblər. Həmin görüşlərdə həmsədr ölkələrin nümayəndələri də iştirak ediblər”.

Lavrovun fikrincə, indi əsas məsələ təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdır: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN   Qarabağ   Lavrov  





Xəbər lenti