Bir ildə 667 əsər qeydiyyatdan keçib - 128 min manatlıq qonorar

Bir ildə 667 əsər qeydiyyatdan keçib - 128 min manatlıq qonorar
  16 Yanvar 2018    Oxunub:1610
2017-ci ildə 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib .

AzVision.az xəbər verir ki, bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesabatında bildirilib.
Qeyd edilib ki, əsərin qeydiyyatı haqqında 680 Şəhadətnamə verilb, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 40 müraciəti əsasında 31 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 31 Şəhadətnamə verilib.

Bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.

Azərbaycan müəlliflərinin əsərlərindən istifadəyə görə RMC-dən Agentliyin hesablaşma hesabına 23303 manat qonorar daxil olub. İl ərzində Agentliyin bank hesabına köçürülmüş 128455 manat müəllif qonorarının təyinatı üzrə bölgüsü aparılıb, köçürmə yolu ilə 68109 manat müəllif qonorarı aidiyəti üzrə çatdırılıb, qonorardan tutulmuş 4500 manat məbləğində gəlir vergisi dövlət büdcəsinə köçürülüb.

AzVision.az


Teqlər: Müəllif-Hüquqları-Agenliti   Əsər   Qonorar  





Xəbər lenti