Erməni saxtakarlıqları tarixi faktlarla ifşa edilib

Erməni saxtakarlıqları tarixi faktlarla ifşa edilib
  16 Yanvar 2018    Oxunub:2216
Müəllif Hüquqları Agentliyi ötən il ərzində erməni piratçılığına qarşı bir sıra tədbirlər görüb.
AzVision.az agenliyin 2017-ci il üzrə hesabat məlumatına istinadən xəbər verir ki, xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, 20 xüsusən ermənilər tərəfindən mədəni irsimizin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilib, bu çərçivədə 2017-ci ilin aprel ayında “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirib, ermənilərin mədəni irsimizə və maddi və qeyri-maddi irs nümunələrimizə iddiaları təkzibedilməz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilib.

Bununla yanaşı, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Путешествие за вкусом” verilişinin 2017-ci ilin 08 yanvar tarixində efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının musiqisinin fon musiqisi kimi səsləndirilməsi ilə bağlı şərh hazırlanıb, Agentliyin rəsmi internet saytında yerləşdirilmiş və KİV-də yayılıb.

Həmçinin ermənilər tərəfindən erməni nümunələri kimi qələmə verilən və ya ifa olunan Azərbaycan xalq mahnılarının (“Sarı gəlin”, “Süsən sünbül” və s.), milli oyun havaları və rəqslərinin (“Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” və s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə Agentlik tərəfindən tarixi, elmi və etimioloji əsaslara söykənən arayışlar hazırlanıb və Agentliyin saytında yerləşdirilib, həmçinin 21 aprel 2017-ci il tarixində “Sputnik Armeniya” saytında verilmiş “"Сари ахчик" или "Сары гелин". Зри в армянский корень” adlı məqalə ilə bağlı Agentlik tərəfindən şərh hazırlanaraq KİV-də yayılıb.

AzVision.az


Teqlər: Erməni   Plagiat   Agentlik  





Xəbər lenti