Borisovun Bakıya səfəri başa çatıb

Borisovun Bakıya səfəri başa çatıb
  16 Yanvar 2018    Oxunub:1240
Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 16-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər: Bolqarıstan   Bakı   Səfər  





Xəbər lenti