Daha bir publik hüquqi şəxs qeydiyyata alınıb

Daha bir publik hüquqi şəxs qeydiyyata alınıb
  16 Yanvar 2018    Oxunub:1195
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən xəbərə görə, fərmana əsasən agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və agentliyin özünə həvalə olunub.

Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir. Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: İcbari-Tibbi-Sığorta  





Xəbər lenti