Naxçıvanda avtobuslar GPS sistemi ilə izlənilir

  17 Yanvar 2018    Oxunub : 587
Naxçıvanda avtobuslar GPS sistemi ilə izlənilir
Naxçıvan-Bakı marşrutunda işləyən bütün avtobuslara Naxtel-4G GPS monitorinq izləmə sistemi quraşdırılıb. Ümumilikdə, bu günə qədər 50 avtonəqliyyat vasitəsinə GPS-in quraşdırılması başa çatdırılıb, Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə bu sistemin quraşdırılması işləri davam etdirilir.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, il ərzində qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələrinin müəyyən olunması üçün mütəmadi olaraq reydlər keçirilib. Bu zaman 330 avtonəqliyyat vasitəsi sahibinin bu işlə qanunsuz məşğul olduğu müəyyən edilib. Həmin şəxslərlə aparılan profilaktik işlər nəticəsində onlardan 57 nəfəri yük və ya sərnişindaşıma fəaliyyətinə icazə verilməsi üçün müqavilə bağlamağa cəlb edilib.

AzVision.az

Teqlər: Naxçıvan   Avtobus   Nəqliyyat