General Şahin Məmmədov: “Hərbi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb”

  17 Yanvar 2018    Oxunub : 1078
General Şahin Məmmədov: “Hərbi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb”
Daxili Qoşunlarda qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq qrup halında nizamnamədən kənar münasibətə yol verilməyib.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan naziryanı əməliyyat müşavirəsi zamanı Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov deyib.

Onun sözlərinə görə, 2016-cı illə müqayisədə ötən il hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, kobud intizam pozuntularının, xəsarətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. O, qeyd edib ki, ötən il şəxsi heyətin kazarma-məişət şəraitinin yaxşılaşdırılması və müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində nəzərdə tutulan işlər uğurla icra edilib.

AzVision.az

Teqlər: Daxili-Qoşunlar   general-leytenant   Şahin-Məmmədov