Məmmədyarov Fransada danışıqlar aparır
Görüşdə iki ölkə arasında humanitar və iqtisadi-ticarət əlaqələrinin inkişafı təqdir edilib. Bu xüsusda, Bakıda Birgə Azərbaycan-Fransız Universiteti, Fransiz liseyinin fəaliyyəti, fransız dilinin tədrisinə göstərilən dəstək, tələbə mübadiləsi, iki ölkənin regionlar arasında əlaqələrin yaradılması, ticarət əlaqələrinin genişlənməsi qeyd edilib.
E.Məmmədyarov həmsöhbətə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və aparılan köklü islahatlar haqqında danışıb. O, Fransa şirkətlərini Azərbaycanın qeyri-neft sektorunda daha yaxından təmsil olunmağa dəvət edib.
Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Fransanın göstərdiyi dəstəyi məmnunluqla qeyd ediblər. Görüş əsnasında Azərbaycanın multikulturalizm ənənələri, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirilib. Həmçinin, görüşdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eldar Tanrıverdiyev
AzVision.az