Ötən gün 126 cinayət qeydə alınıb

Ötən gün 126 cinayət qeydə alınıb
  18 Yanvar 2018    Oxunub:1096
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti