Bu gün Məmmədyarov Nalbandyanla görüşəcək

Bu gün Məmmədyarov Nalbandyanla görüşəcək
  18 Yanvar 2018    Oxunub:1546
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçiriləcək.

AzVision.az xəbər verir ki, görüş Polşanın Krakov şəhərində baş tutacaq.
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşdə həmsədrlər Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla (Rusiya Federasiyası) yanaşı ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: XİN   Məmmədyarov   Nalbandyan   Görüş  





Xəbər lenti