Vasif Talıbov yeni mərkəzi istifadəyə verdi

Vasif Talıbov yeni mərkəzi istifadəyə verdi
  18 Yanvar 2018    Oxunub:2189
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini, elektron təhsil portalının adminstratoru Hüseyn Qasımov distant təhsil proqramı haqqında məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində distant formada təhsil almaq istəyən xarici tələbələr universitetin ndu.edu.az saytına müraciət edərək “Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Tələbələr burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərməlidirlər. Müraciət qəbul olunduqdan sonra tələbənin elektron poçtuna müvafiq məlumat göndərilir, qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da tələbələrə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verəcəkdir.



Bildirilib ki, mərkəz Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərir. Mərkəzdə auditoriya yaradılıb, 1 noutbuk, 2 kompüter, tribuna və proyektor quraşdırılıb. Distant təhsil üzrə tələbə qəbulunun aparılması, dərslərin yazılması, tədrisin idarə olunması ilə bağlı işçi qrupu yaradılıb, işçi qrupun üzvləri Türkiyənin ƏrzurumAtatürk Universitetində və Ankara Qazi Universitetində təcrübədə olublar. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsilin aparılması nəzərdə tutulur.

AzVision.az


Teqlər: Naxçıvan   Təhsil   Distant  





Xəbər lenti