Naxçıvanda cinayətlərin sayı 40 dəfəyə yaxın azalıb

Naxçıvanda cinayətlərin sayı 40 dəfəyə yaxın azalıb
  18 Yanvar 2018    Oxunub:2113
22 il bundan əvvəllə müqayisədə Naxçıvan Muxtar Respublikasında cinayətlərin sayı 40 dəfəyə yaxın azalıb.

AzVision.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, neçə illərdir, muxtar respublikada cinayətlərin açılma faizi 100 faizdən aşağı enmir.
Məlumatda vurğulanıb ki, Naxçıvan polisi öz göstəricilərinə görə Azərbaycan Respublikası daxili işlər orqanları arasında ən qabaqcıl yerdə dayanmaqla cinayətkarlığa qarşı mübarizədə ən yaxşı nəticələri əldə edib.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranma günüdür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Polis   DİN   Cinayət  





Xəbər lenti