İlham Əliyev Davosda çıxış edəcək

İlham Əliyev Davosda çıxış edəcək
  18 Yanvar 2018    Oxunub:4366
Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.
AzVision.az iqtisadi forumun saytına istinadən xəbər verir ki, Azərbaycan lideri Davosda “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək.

"Siyasi dəyişikliklər, struktur islahatları və texnoloji innovasiyalar regionun strateji perspektivlərini necə dəyişir? Qlobal dəyişikliklər, milli prioritetlər və yerli tendensiyaların Avrasiyada sosial-iqtisadi kontekstinin necə dəyişdiyini öyrənin”, - deyə sessiya barədə məlumatda bildirilib.

Prezident İlham Əliyevlə yanaşı sessiyada Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstan baş nazirinin müavini Erbolat Dosaev, Beynəlxalq Ticarət Mərkəzinin direktoru Aranca Qonsales Laya, “The Foreign Policy Group”-un baş redaktoru Conatan Tepperman, “VEON” şirkətlər qrupunun icraçı direktoru Jan İv-Şarle çıxış edəcək.

Davos forumu çərçivəsində baş tutacaq “Strateji proqnoz: Avrasiya” sessiyası yanvarın 23-də yerli vaxtla saat 17:00-da (Bakı vaxti ilə 20:00) baş tutacaq.

Qeyd edək ki, Davos Forumu 23-26 yanvar tarixlərində İsveçrədə keçiriləcək. Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Davos   Forum  





Xəbər lenti