Qaydaları pozan sürücü işdən çıxarılıb

Qaydaları pozan sürücü işdən çıxarılıb
  18 Yanvar 2018    Oxunub:1218
Bu gün Bakı Nəqliyyat Agentliyinə (BNA) 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı videogörüntü təqdim edilib.
BNA-dan AzVision.az-a verilən məlumata görə, sürücünün sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə etməsi müəyyən edilib.

“Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Agentliyin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı, daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb”, - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: BNA   sürücü  





Xəbər lenti