Ötən il paytaxtda 92 avtoxuliqan tutulub

Ötən il paytaxtda 92 avtoxuliqan tutulub
  18 Yanvar 2018    Oxunub:1619
2016-cı illə müqayisədə 2017-ci ildə paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6 faiz, xəsarət alanların sayı isə 20 faiz azalıb, habelə avtoxuliqanlıq edən 92 sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ötən ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirib. O, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin il ərzində ciddi nəzarətdə saxlanıldığı, 74.283 ərizə və müraciətin daxil olduğu, 1.915 vətəndaşın qəbul edildiyi bildirilib.

Baş idarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara da toxunaraq onların aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edən aidiyyatı xidmət və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrdən, həmçinin nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.

AzVision.az



Teqlər: DYP   avtoxuliqan  





Xəbər lenti