AZAL İstanbul və Kiyevə biletlərin qiymətini endirdi

AZAL İstanbul və Kiyevə biletlərin qiymətini endirdi
  18 Yanvar 2018    Oxunub:4522
"Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər barədə elan verib.
AzVision.az AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti belə olacaq:

Bakı-İstanbul-Bakı – 159 avro

İstanbul-Bakı- İstanbul – 179 USD

Bakı-Kiyev-Bakı – 169 avro

Kiyev-Bakı-Kiyev – 199 USD

Qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dək.

Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: www.miles.azal.az

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə onlayn qeydiyyatdan keçə bilər. https://azvision.az/redirect.php?url=http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

E-mail: [email protected]

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

AzVision.az


Teqlər: AZAL   Təyyarə   İstanbul   Kiyev  





Xəbər lenti