Məmmədyarov: “Münaqişənin həllinə dair kreativ fikirlər irəli sürülüb”

Məmmədyarov: “Münaqişənin həllinə dair kreativ fikirlər irəli sürülüb”
  19 Yanvar 2018    Oxunub:3597
Krakov görüşündə həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə açıqlamasında bildirib.

Nazir Krakovda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların 6 saatda yaxın davam etdiyini qeyd edib:

"İlk əvvəl mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra mən yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm.

Görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə XİN rəhbəri bildirib.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Qarabağ   Krakov  





Xəbər lenti