Həmsədrlər fevralda regiona səfər edəcəklər

Həmsədrlər fevralda regiona səfər edəcəklər
  19 Yanvar 2018    Oxunub:2312
ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə açıqlamasında bildirib.
XİN rəhbəri qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər:

“Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   ATƏT   Həmsədr  





Xəbər lenti