Bələdiyyələrə daha bir səlahiyyət verildi

Bələdiyyələrə daha bir səlahiyyət verildi
  19 Yanvar 2018    Oxunub:1485
Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi sahəsində səlahiyyət verilməsini nəzərdə tutan qanun qüvvəyə minib.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında” fərman imzalayıb.

Bundan sonra bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların idarə olunması, saxlanılması və köçürülməsi, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Bələdiyyə  





Xəbər lenti