“Azərişıq”a bir ildə 140 min müraciət edilib

“Azərişıq”a bir ildə 140 min müraciət edilib
  19 Yanvar 2018    Oxunub:2959
Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. Arxada qalan 2017-ci ildə “ASAN” kommunalla “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib.
“Azərişıq”dan AzVision.az-a bildirilib ki, ötən il “ASAN” Kommunal vasitəsi Azərişıq “ASC”-nin göstərdiyi 10 xidmət üzrə - elektrik enerjisi ilə əhali və qeyri əhali abonentlərə texniki şərtin verilməsi, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi ilə bağlı 140 min müraciət edilib.

Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.

Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib və 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.

“Azərişıq” ASC “ASAN” xidmətlə birgə əməkdaşlığı 2018-ci ildə davam etdirilməklə yanaşı daha da dərinləşdiriləcək və bu səhədə yeniliklər həyata keçiriləcək.

AzVision.az


Teqlər: Azərişıq  





Xəbər lenti