Azərbaycanın ixrac etdiyi hərbi məhsulların həcmi 2,3 dəfə artıb

Azərbaycanın ixrac etdiyi hərbi məhsulların həcmi 2,3 dəfə artıb
  19 Yanvar 2018    Oxunub:3597
2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib.

AzVision.az-ın məlumatına görə, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda bildirilib.
Qeyd olunub ki, müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub. Yeni nəsil silah növlərindən "Yalquzaq" snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.

Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılıb və seriyalı istehsalı mənimsənilib.

Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qrumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsullun həcmi 2016 ilə müqayisədə 2,3 dəfə artıb.

AzVision.az



Teqlər: Müdafiə-Sənayesi-Nazirliyi   Silah   Sursat  





Xəbər lenti