Ölkəyə siqaret gətirilməsi məhdudlaşdırılır

Ölkəyə siqaret gətirilməsi məhdudlaşdırılır
  19 Yanvar 2018    Oxunub:2596
“Ötən il ölkəyə 6 milyondan çox qaçaqmalçılıq yolu ilə gətirilən siqaret gömrük orqanları tərəfindən saxlanılıb".
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, həmin siqaretlər məhv edilir.

Komitə sədri qeyd edib ki, 2016-ci illə müqayisədə siqaretin rəsmi idxalı artıb. A.Əliyev, həmçinin vurğulayıb ki, ölkəyə siqaret gətirilməsinin məhdudlaşdırılması ilə bağlı Milli Məclisə təklif irəli sürüləcək.

"Nazirlər Kabinetinin əvvəlki qərarına əsasən, hər bir insan sərhədi keçərkən hər dəfə 3 blok siqaret gətirə bilər. Biz bunu ayda bir dəfəyə endirdik. Lakin tətildən sonra Milli Məclisin yaz sessiyasına təklif edəcəyik ki, siqaretin şəxsi məqsədlərlə gətirilməsini 3 blokdan bir bloka endirək. Yəni, hər şəxsə ayda bir dəfə bir blok siqaret gətirməyə icazə verilsin. Təklifimiz qəbul olunsa, digər təkliflərimiz də olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti