Gömrükdən şikayətlərin 99 faizi siqaretlə bağlıdır

Gömrükdən şikayətlərin 99 faizi siqaretlə bağlıdır
  19 Yanvar 2018    Oxunub:1238
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edib ki, gömrükdən şikayətlərin 99 faizi siqaretlə bağlıdır.
AzVision.az-ın məlumatına görə, komitə sədri ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıq edilsə də, belə məhsulların idxalında azalma müşahidə edilmir.

“Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti