YAP-ın gəliri 8,3 milyon manatdan çoxdur

YAP-ın gəliri 8,3 milyon manatdan çoxdur
  19 Yanvar 2018    Oxunub:1868
2017-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə YAP-ın İdarə Heyətinin iclasında bildirilib. Qeyd edilib ki, YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 713 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.

Vurğulanıb ki, əvvəlki illərin qalıq hesablarından köçürmələr daxil olmaqla Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 10 500 531 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 6 446 014 manat qalıb.

AzVision.az


Teqlər: YAP   Partiya   Gəlir   Xərc   Toplantı  





Xəbər lenti