Qərənfil niyə matəm gülüdür? - Əvvəl mәhәbbәt rəmzi idi...

Qərənfil niyə matəm gülüdür? - Əvvəl mәhәbbәt rəmzi idi...
  20 Yanvar 2018    Oxunub:11398
Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 28-ci ildönümüdür. 20 Yanvar qırğını tәk insanların taleyini yox, bu günün əsas simvolu olan qərənfil gülünün dә taleyini dәyişdi.
1990‑cı ilin yanvarından bәri qərənfil matəm gülü kimi tanınır. Ağı da, qırmızısı da. Əsasən qırmızı qərənfil bütün matəmi üzərinə həkk etdirdi. Ancaq bu gülün ən əziz adamlara hədiyyə olunduğu vaxtlar da olub. Qərənfil buna qədər mәhәbbәt rəmzi kimi tanınıb. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra qırmızı qərənfil Azərbaycanda matəm gülünə çevrildi.

Ümumiyyətlə, qərənfilin Avropa, Asiya, Afrikada təxminən 300 növü, Azərbaycanda isə 26 növü mövcuddur. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. Azərbaycanda isə Binə qəsəbəsində yerləşir. Hazırda şirkət dünya ölkələri ilə müqayisədə heç də geri qalmır. Burada qərənfilin yeni rəngbərəng sortları yetişdirilir.

1990-cı il 20 yanvardan əvvəl də Bakıda әn çox əkilәn gül qərənfil idi. Hər kəs öz həyətindә əkirdi. 20 Yanvardan sonra camaat qərənfili çox əkmәdi, gül sanki matəm gülü oldu. Elә bil o qırğının bütün ah‑naləsi oturdu bu gülün üzərinә. O gülün taleyidə də belə gətirdi...

AzVision.az


Teqlər: Matəm   Qərənfil   Tarix  





Xəbər lenti