MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı
AzVision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək" - M.Pənahov qeyd edib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: MSK Sədr Seçki Məzahir-Pənahov