Xəzərin statusuna dair işçi qrupu toplanacaq
Sərhəd xəttində 1-ci sərhəd nişanlarının qoyuluş mərasiminin keçiriləcəyini deyən nazir müavini bildirib ki, bu il həmçinin Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə növbəti danışıqlar baş tutacaq: "Bu ilin birinci yarısında Bakıda həm ekspertlər səviyyəsində, həm də işçi qrupun rəhbərləri səviyyəsində görüş keçirilməsi planlaşdırılır".
"Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclası nə zaman keçiriləcək" sualına cavabında X.Xələfov deyib:
"Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi bu ölkə tərəfindən irəli sürülməli, tarix digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır. Əvvəl düşünülürdü ki, sammit ilin birinci yarısında keçirilsin. Lakin hər şey Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən asılıdır. Çünki sammiti qəbul edən tərəf onlardır. Razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırmalıyıq. Buna görə işçi qrupunun görüşü olacaq. Ola bilsin ki, bu görüş fevralda keçirilsin".
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Xəzər XİN Xələf-Xələfov