Tərtərdə əl qumbarası tapılıb

  20 Yanvar 2018    Oxunub : 675
Tərtərdə əl qumbarası tapılıb
Yanvarın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Tərtər rayonunun Ələsgərli kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan ərazidə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Əl qumbarası zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az

Teqlər: ANAMA   Qumbara