Rusiya Afrindəki əməliyyatları diqqətlə izləyir - Video

Rusiya Afrindəki əməliyyatları diqqətlə izləyir - Video
  22 Yanvar 2018    Oxunub:3111
Rusiya Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları diqqətlə izləyir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması olduqca önəmlidir: "Şübhəsiz biz Afrində baş verənlərlə əlaqədar humanitar vəziyyəti diqqətlə izləyirik".

Qeyd edək ki, ötən həftənin şənbə günü Türkiyə Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayıb. "Zeytun budağı" adlı əməliyyatlar uğurla davam etdirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Afrin   Türkiyə   Suriya   Peskov  





Xəbər lenti