Azərbaycanda Holokost həftəsi keçiriləcək – VİDEO

Azərbaycanda Holokost həftəsi keçiriləcək – VİDEO
  23 Yanvar 2018    Oxunub:2538
BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda Holokost həftəsi təşkil edir. Həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və "Holokostun uşaqları" adlı sənədli filmin nümayişi keçiriləcək.
AzVision.az xəbər verir ki, tədbirlər ADA Universiteti, Binəqədi rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.

Xolokost qurbanlarının anımı ilə əlaqədar BMT-nin baş katibi Antonio Quterreşin müraciətini sizə təqdim edirik (Azərbaycan dilində subtitrlər)



Binəqədi rayon Gənclər Evindəki tədbir sabah, yanvarın 24-də saat 10:00-da keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İsrail   Holokost  





Xəbər lenti