Türkmənistan gəmisi Bakıda təmir olunur

  23 Yanvar 2018    Oxunub : 537
Türkmənistan gəmisi Bakıda təmir olunur
Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmirə dayanıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.

AzVision.az

Teqlər: Türkmənistan   Gəmi   Xəzər-Dəniz-Gəmiçiliyi