Zakir Həsənov “Ali zabit” medalı ilə təltif edildi - FOTOLAR
Artıq Azərbaycanda keçirilən beynəlxalq idman yarışları silsilə xaraktetri daşıyır. Ölkəmizin CISM ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Müdafiə naziri nüməyəndə heyətinin bu səfərinin orduda idmanın inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirib. CISM-in prezidenti də öz növbəsində bu gün Azərbaycanın dünyada həm də idman dövləti kimi tanındığını xüsusi qeyd edib. Azərbaycanın hər zaman CISM-ə böyük dəstək verdiyini vurğulayan qonaq bildirib: “Biz əminik ki, Azərbaycan ilə Şura arasında olan səmimi münasibətlər bundan sonra da davam edəcəkdir”.
Müxtəlif illərdə Azərbaycanda hərbçilər arasında idmanın bir çox növləri üzrə 4 dəfə dünya çempionatlarının keçirildiyini xatırladan CISM prezidenti ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb. Görüşdə Azərbaycanın müvafiq qurumları ilə CISM arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Sonda Beynəlxalq Hərbi İdman Şurası tərəfindən təsis edilmiş “Ali zabit” medalı Müdafiə naziri general-polkovnik Zakir Həsənova, “Zabit” medalı isə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova təqdim edilib.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Zakir-Həsənov