Azərbaycan jurnalı Putini “İlin adamı” seçdi

  23 Yanvar 2018    Oxunub : 658
Azərbaycan jurnalı Putini “İlin adamı” seçdi
2006-cı ildən etibarən Azərbaycanda nəşr edilən “Tarixi şəxsiyyətlər” jurnalının redaksiyası Rusiya Federasiyasının prezidenti Vladimir Putini 2017-ci “İlin adamı” elan edib.
AzVision.az “İnterfaks Azərbaycan”a istinadən xəbər verir ki, bunu jurnalın baş redaktoru Xəlil Qarəhmədov söyləyib. Onun sözlərinə görə, jurnalın gələn sayı məhz Putinin fəaliyyətinə həsr olunacaq.

Qeyd edək ki, Jurnal Azərbaycan Ağsaqqallar Şurasının dəstəyi ilə çap olunur. Jurnal 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ilin adamı elan etmişdi.

AzVision.az

Teqlər: Vladimir-Putin