Prezident Davosda Kvirikaşvili ilə görüşdü - FOTO

Prezident Davosda Kvirikaşvili ilə görüşdü - FOTO
  24 Yanvar 2018    Oxunub:1912
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Gürcüstan   Baş-Nazir   Davos  





Xəbər lenti