Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək
  24 Yanvar 2018    Oxunub:2370
Azərbaycanın “AzVirt” yol-tikinti şirkəti Ukraynada yol və infrastruktur obyektləri inşa etməyi planlaşdırır.
Ukraynanın “Ekonomiçeskiye izvestiya” nəşrinin məlumatına görə, “Azvirt” MMC-nin baş direktoru Kamil Əliyev bunu xarici jurnalistlərə müsahibəsində bəyan edib. O deyib: “Fəaliyyətimizin təməlində gördüyümüz işlərin keyfiyyəti və çox sərt nəzarət sistemi dayanır. İxtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Əməkdaşlarımız peşəkarlıqlarını artırmaq üçün müntəzəm olaraq xarici ölkələrdə treninq keçirlər”.

Azərbaycanda həyata keçirilən iri layihələri – Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qəbələdə strateji magistral yollarının, Bakıda Formula 1 üçün trasın tikintisini xatırladan şirkətin rəhbəri deyib: “1999-cu ildə yeni Bakı aerovağzalı üçün estakada inşa edilib, aeroportda kompleks işlər aparılır. Paytaxtın küçə və prospektlərinin əsaslı təmir olunması sahəsində zəngin təcrübəmiz var. 2002-2003-cü illərdə Səngəçal terminalında daxili yollar çəkmişik. 2006-cı ildə “Böyük İpək Yolu” layihəsi çərçivəsində Şəmkir-Qazax yolunun yenidən qurulmasını başa çatdırmışıq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları, perronlar və digər təyyarə meydanları inşa etmişik.

Yol tikintisi sahəsində ixtisaslaşan şirkət 2012-ci ildən başlayaraq bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində yollar inşa etməklə, beynəlxalq səviyyədə fəaliyyətinin coğrafiyasını fəal surətdə genişləndirməyə başlayıb. “AzVirt” Serbiyada drenaj-leysan sistemləri ilə təchiz edilmiş yüksək keyfiyyətli yol çəkib. Bu yol Belqraddan Cənubi Adriatik avtomobil yolunadək uzanan magistral yolun bir hissəsidir. 2016-cı il noyabrın 10-da yolun açılış mərasimində Serbiyanın o vaxtkı baş naziri, indiki Prezidenti Aleksandr Vuçiç iştirak edib.

AzVision.az


Teqlər: Azərbaycan   Şirkət   Ukrayna   Yol  





Xəbər lenti