Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”
  24 Yanvar 2018    Oxunub:2934
"Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq vacibdir"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Makron bildirib ki, Fransa münaqişənin həlli istiqamətində ABŞ və Rusiya ilə birlikdə səylər göstərməyə hazırdır.

"Mən Ermənistan prezidentinə bildirdim ki, Fransa münaqişə tərəfləri arasında qərəzsiz vasitəçiliyə sadiqdir. Biz rusiyalı və amerikalı müttəfiqlərimizlə birlikdə münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüslərə hazırıq", - deyə Fransa prezidenti vurğulayıb.

AzVision.az


Teqlər: Fransa   Qarabağ   Makron  





Xəbər lenti