Senat FES-in yeni rəhbərini təsdiqlədi

Senat FES-in yeni rəhbərini təsdiqlədi
  24 Yanvar 2018    Oxunub:1454
ABŞ Senatı Cerom Paueli Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə təsdiqləyib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Cerom Pauel FES rəhbəri vəzifəsində Canet Yelleni əvəzləyəcək. C.Yellenin vəzifə müddəti fevral ayında başa çatır.

Qeyd edək ki, sərmayəçi bankir olan Cerom Pauel əvvəllər ABŞ maliyyə nazirinin müavini vəzifəsində çalışıb, 2012-ci ildən FES İdarə Heyətinin üzvü olub.

AzVision.az


Teqlər: ABŞ   Senat   FES  





Xəbər lenti