Xətai rayonunda su olmayacaq

Xətai rayonunda su olmayacaq
  24 Yanvar 2018    Oxunub:1303
Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 yanvar 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti