Teleqüllə yaxınlığında böyük təhlükə - FOTOLAR

Teleqüllə yaxınlığında böyük təhlükə - FOTOLAR
  24 Yanvar 2018    Oxunub:6264
Bakı Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsində aktivlik davam edir və çatlar genişlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov AzVision.az-a bildirib ki, ərazidə nazirliyin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və çatın nə qədər ərazini əhatə etməsinin mümkünlüyü konturlaşdırılıb.
“Qeydlər nəticəsində geoloji xəritə hazırlanacaq. İstinad divarları üzərinə qoyulan mayaklar çat verdiyi üçün dəyişdirilib. Yeni mayaklar qoyulub. Demək ki, çatlarda genişlənmə var. Orada sürüşmə aktiv fazadadır”.

AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə bildirib ki, ərazidə müxtəlif cihazlar quraşdırılıb və prosesə nəzarət edilir: “Ola bilsin ki,2 aya qədər sürüşmənin aktivliyi izlənilsin. Ərazidə kompleks şəkildə 6-7 parametr üzrə tədqiqat aparılır”.

Sürüşmə zonasından yeni görüntülər:

































Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Teleqüllə   Sürüşmə   Təhlükə   Bayıl  





Xəbər lenti