Prezident BP-nin direktorunu Bakıya dəvət etdi - Yenilənib

Prezident BP-nin direktorunu Bakıya dəvət etdi - Yenilənib
  24 Yanvar 2018    Oxunub:2216
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Davos   BP  





Xəbər lenti